16/04/2019
12:10
2883
| A A A
"Juventus Real-dan daha yaxşıdır" - Erik ten Haq

Ajax-ın baş məşqçisi 

Erik ten Haq 

Juventus ilə Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunu ilə bağlı proqnozlarını bölüşüb.

"Mövsümün əvvəlində heç kim gözləmirdi ki, biz Çempionlar Liqasının ¼ final mərhələsində oynayacağıq. Lakin komanda mükafatlar uğrunda mübarizə apara biləcək irəliləyişə nail oldu. Biz özümüzə və yaxşı nəticəyə inanırıq.

"Juventus Real-dan daha yaxşıdır, o, çox yetkin komandadır. Ötən həftə biz çox yaxşı oynadıq, indi həmin şeyi təkrar etmək lazımdır", - deyə UEFA-nın rəsmi saytı mütəxəssisin sözlərini sitat gətirib.

Juventus - Ajax matçı bu gün axşam Turinin "Alyans" stadionunda keçiriləcək. Amsterdamdakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27215 səs