16/04/2019
12:48
2589
| A A A
“Barcelona həyəcanlıdır" – Valverdedən açıqlama

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində Manchester United-i qəbul edəcək Barcelona-nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, ilk oyunda 1:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, “qırmızı şeytanlar”ın səfərdə yaxşı oyun göstərdiyini deyib:

“İki yaxşı komandanın oyunu olacaq. Hamımız çətin matç olacağını bilirik. Rəqib Çempionlar Liqasında son 4 səfər oyununun 3-də qalib gəlib, Juventus-u və PSG-ni son dəqiqələrdə vurduğu qolla məğlub edib. Çətin komandayla qarşılaşacağımızı bilirik, amma Manchester United-dən qorxmuruq. Sadəcə, komandada böyük bir həyəcan var”.

İspan mütəxəssis, komandanın hücumçusu Lionel Messinin 2013-cü ildən bəri Çempionlar Liqasının 1/4  final mərhələlərində qol vura bilməməsi ilə bağlı suala belə cavab verib:

“Statistikalar gələcəklə deyil, keçmişlə bağlı məlumat verir”.

Barcelona – Manchester United” matçı bu gün, saat 23:00-da start götürəcək.  

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22750 səs