16/04/2019
13:42
1759
| A A A
Sulşer ümidlidir

"Səfər 0:1 hesabı ilə yenilmişikDaha yaxşı oynamalı olduğumuzu bilirik. Messi və Suaresi zərərsizləşdirməsək, bizə çətin olacaq.

Goal.az-ın məlumatına görə, bu sözləri Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer deyib.

Norveçli çalışdırcı Çempionlar Liqasının 1/4 finalı çərçivəsində reallaşacaq Barcelona ilə cavab oyunu ərəfəsində açıqlama verib. Sulşer özünəinam amilini qabardıb:

"Futbolçularımın hər biri bacarıqlıdı. PSG ilə görüşdə göstərdik ki, belə güclü komandalara qarşı oynaya bilərik. Tarix Barcelona-nın daha yaxşı olduğunu deyir. Amma biz bütün diqqətimizi oyuna yönəltməliyik. İlk matçda bir anlıq oyuna nəzarəti itirdik. Lazımi şəkildə köklənmək olduqca vacibdi.Daha çox qol vursaq, şansımız artacaq. Futbolda hər şey ola bilər. Standart vəziyyətlərdən qol vura bilərik. Çünki oyunçularımız rəqibin futbolçuları ilə müqayisədə daha hündürdülər. Amma yaxşı müdafiə olunmalıyıq. 90 dəqiqə ərzində istədiyimiz nəticəni qazansaq, əla olar. Daha aqressiv oynamalı və öz oyunumuzu göstərməliyik. PSG ilə görüşü yada salsaq, məncə, köməyi dəyəcək".

Qeyd edək ki, Barcelona - Manchester United matçı sabah keçiriləcək. İlk oyun Barcelona-nın 1:0 hesablı zəfəri ilə bitib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15674 səs