16/04/2019
18:38
2159
| A A A
“Hörmət edirik, amma qorxmuruq” - Emre Can

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində Ajax-ı qəbul edəcək Juventus-un yarımmüdafiəçisi Emre Can açıqlama verib.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, səfərdə 1:1 hesablı bərabərliyə razılaşdıqları komandanı öz meydanlarında məğlub etməyə çalışacaqlarını deyib:

“Çətin oyun olacağını bilirik. Ajax-a hörmət edirik, amma onlardan qorxmuruq. Yarımfinala vəsiqə qazanmaq üçün 0:0 hesablı bərabərlik kifayət etsə də, meydana qələbə qazanmaq üçün çıxacağıq. Komandamızın nələri bacara biləcəyinin fərqindəyik”.

Almaniyalı futbolçu, baş məşqçisi Massimiliano Alleqri haqqında da danışıb:

“Alleqri möhtəşəm məşqçidir. Detallar üzərində işləməyi sevir. A Seriyasını illərdir qazansa da, hər oyun onun üçün çox vacibdir. Heç vaxt qazandıqları ilə kifayətlənmir”.

Qeyd edək ki, Juventus – Ajax matçı bu gün, saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22738 səs