17/04/2019
16:44
2645
| A A A
"Bura Çempionlar Liqasını qazanmaq üçün gəlməmişəm” – Qvardiola

Manchester City-nin baş məşqçisi Xosep Qvardiolanın Çempionlar Liqasının 1/4 finalında Tottenham-lə qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

Goal.az xəbər verir ki, ispan mütəxəssis, bu gün keçiriləcək qarşılaşmada azarkeşlərin dəstəyinə ehtiyaclarının olduğunu deyib:

“Futbolçularımın yarımfinala necə çıxmaq istədiklərini görürəm. Tək onlar deyil, azarkeşlər də bunu istəyir. Bu gün oyunda onlar bizə dəstək olmalıdır. Pis vaxtlarımızda yanımızda olmalarına ehtiyacımız olacaq. Yoxsa uğur əldə edə bilmərik. Azarkeşlərin necə olacağı maraqlıdır.

Manchester City-ə Çempionlar Liqasını qazanmaq üçün gəlməmişəm. Son 20 aydır oynatdığım oyunun şəklini hazırlamağa çalışıram. İstədiyim oyunu oynatmaq üçün burdayam. Əlbəttə, mən də Çempionlar Liqasını qazanmaq istəyirəm. Bunu bacarmamaq məni daha çox incidir”.

Qeyd edək ki, Manchester City – Tottenham matçı bu gün, saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “şəhərlilər” minimal hesabla məğlub olub – 0:1.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22467 səs