17/04/2019
17:15
3738
| A A A
“Çempionlar Liqasında belə oynamamalıyıq” – Messi

Barcelona-nın futbolçusuLionel Messi Çempionlar Liqasının 1/4 finalında Manchester United-i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, 3:0 hesabıyla qələbə qazandıqları oyuna pis başladıqlarını deyib:

“Oyunun ilk dəqiqələrində pis oynadıq. Buna diqqət etməliyik. Çempionlar Liqasında belə oynamamalıyıq. Bu turnirdə 5 dəqiqə belə, pis oynamaq, işlərin qarışmasına gətirib çıxarar.

Vurduğum ikinci qolda bir az bəxtim də gətirdi. Ancaq uzun müddət sonra yarımfinala yüksəldik. Əsas olan budur. İndi diqqətimizi La Liqaya yönəltməliyik. Çempionluğumuzu rəsmiləşdirdikdən sonra ÇL-də daha yaxşı ola bilərik”.

Barcelona Çempionlar Liqasının yarımfinal mərhələsində Liverpool – Porto cütünün qalibiylə qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda Liverpool 2:0 hesablı qələbə qazanıb. Cavab oyunu bu gün, saat 23:00-da keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22745 səs