17/04/2019
18:02
2043
| A A A
“Bunu edə biləcəyimizə inanmalıyıq” – Poçettino

Tottenham-in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 final mərhələsində Manchester City ilə qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Goal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan argentinalı mütəxəssis, oyunla bağlı bunları deyib:

“Ötən həftə çox gözəl qələbə qazandıq. Ancaq hələ mərhələ adladığımızı deyə bilmərəm. Gücümüzü sona qədər göstərməliyik, meydanda döyüşməliyik.

Rəqibimizin nə qədər güclü olduğunu bilirik. Manchester City-ni dayandırmağa çalışacağıq. Bunu edə biləcəyimizə inanmalıyıq”.

Manchester City – Tottenham matçı bu gün, saat 23:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk oyunda Tottenham minimal hesablı qələbə qazanıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15674 səs