19/04/2019
13:30
552
| A A A
Tərlan Əhmədov: "Səhvlər məndə başqa fikirlər formalaşdırır"

Keşlə-nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XXV turunda Qarabağ-a səfərdə 0:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

48 yaşlı mütəxəssis əvvəlcə görüşü dəyərləndirib.

- Rəqibi təbrik edirəm. Qarabağ çempionluq yolunda vacib 3 xal qazandı. Buraxdığımız səhvlər məni məyus edir. Ən çox da ilk qolda gənc qapıçımızın ağır zədə alması oldu. İnşaallah, xoş xəbər gəlsin. Onsuz da itirə-itirə gedirik. Şahin Zəkiyevdə də ağır zədə olsa, mövsümün sonunu 1 qpaçıyla yola verəcəyik. Bu səhvlər məni də artıq yorur. İkinci hissədə buraxılan səhvlər məndə başqa fikirlər formalaşdırır. Çalışıram ki, əsəblərimi qoruyum.

Şahinin vəziyyəti necədir?

- Hazırda xəstəxanadadır. Burnu və almacıq sümüyü sınıb.

"Texniki zona"dan niyə uzaqlaşdırıldınız?

- Şahinə ilk zərbəyə və bunadək Kamaraya verilən sarı vərəqəyə etiraz etdim. O, 4-cü sarı vərəqəsini alaraq cəzalı oldu. Orada heç bir dirsək yox idi, ancaq sarı vərəqə verilir.

Etirazınız konkret nəyə idi?

- Qapıçımıza Mahirin təpiyinin dəyməsinə. Hakim bunu görməli idi, qol qeydə alınmamalı idi.

Həmişə 90 dəqiqə oynatdığınız Nikola Mitroviçi niyə fasilədə əvəzlədiniz?

- Onda yorğunluq hiss olunurdu.

Dediniz ki, məndə bəzi fikirlər formalaşır. Nədi bunlar?

- Son oyunları götürsək, bütün qollar ikinci hissəyə təsadüf edir. Bunlar sınma nöqtəsi olur. Qış fasiləsindən sonra yalnız ikinci hissədə qol buraxırıq. Çox fikirlər formalaşır. Bunlar hazırda araşdırılmalıdır, ancaq buna vaxtımız yoxdur. Səbəbini soruşuruq ki, niyə bunlar fasilədən sonra olur. Qollar buraxandan sonra komanda ayılır.

Totalizator ola bilər?

- Bilmirəm. İmanımı yandırıb kiminsə haqqına girə bilmərəm.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22741 səs