19/04/2019
16:52
1128
| A A A
“Napoli ilə finalda qarşılaşmaq möhtəşəm olardı” – Sarri

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında Slavia-ya 4:3 hesabı ilə qalib gələn Chelsea-nin baş məşqçisi Mauritsio Sarri matçdan sonra açıqlama verib.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, matçdan sonra bunları deyib

“Bu, Avropa Liqasında 22-ci oyunum idi və bu matçlarda 18 qələbə qazanmışam. Amma insanlar hələ də avrokuboklara uyğun olmadığımı deyirlər”.

60 yaşlı mütəxəssis, sabiq komandası Napoli-nin Arsenal-a məğlub olaraq, mübarizəni dayandırması ilə bağlı da danışıb:

“Napoli-yə görə təəssüflənirəm. Arsenal-a qarşı oynamağın nə qədər çətin olduğunu bilirəm. Napoli ilə finalda qarşılaşmaq möhtəşəm olardı”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22745 səs