19/04/2019
17:15
1001
| A A A
“Bizi çətin oyunlar gözləyir” - Emeri

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Napoli-ni 1:0 hesabı ilə məğlub edən Arsenal-ın baş məşqçisi Unay Emeri matçdan sonra açıqlama verib.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, mərhələnin hər iki oyununda Napoli-ni məğlub etdikləri üçün xoşbəxt olduğunu deyib:

“Sərt oyunun keçəcəyini gözləyirdim. Napoli çox güclü komandadır və ona Çempionlar Liqasını qazanmış mütəxəssis rəhbərlik edir. Stadiondakı atmosferin təsirindən qaçmağı bacardıq və öz oyunumuza kökləndik. İlk hissədə çox yaxşı oyun göstərdik. Qol vurduqdan sonra rəqibə imkan verməməyə davam etdik. İkinci hissədə də çox yaxşı müdafiə olunduq. Napoli-ni hər iki oyunda məğlub etdiyimiz üçün xoşbəxtik”.

47 yaşlı mütəxəssis, turnirin yarımfinal mərhələsində qarşılaşacaqları Valencia haqqında da danışıb:

“Valencia çox səviyyəli və yaxşı oyun göstərən komandadır. Bizi çətin oyunlar gözləyir”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22739 səs