20/04/2019
10:10
539
| A A A
"Bütün şanslarımızı itirdik" - Samir Abasov

"Məncə, bugünkü oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itirdik. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu, o demək deyil ki, bura Qəbələyə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu".

Goal.az-ın məlumatına görə, bu sözləri Zirə-nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turunda Qəbələ-yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, hələ kubokda şanslarını qoruduqlarını bildirib: Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər. Hələ kubok şansımızı qoruyuruq. Sumqayıt-la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik".

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15677 səs