20/04/2019
12:22
4663
| A A A
"Qvardiola ÇL-da qalib ola bilməyəcək" - Qullit

Holland futbolunun canlı əfsanəsi sayılan Rud Qullit Manchester City-nin baş məşqçisi Xosep Qvardiolanın Çempionlar Liqasının qalibi olmayacağını düşünür.

Goal.az xəbər verir ki, Qullit beIN Sports-a niyə belə proqnoz verdiyinin səbəbini də açıqlayıb:

"Onun sərəncamında Messi yoxdur. Bayern-də də qitənin ən nüfuzlu turnirinin baş mükafatına sahib çıxmağa yaxın olub. Amma hədəfə çatmayıb. Münhen klubu ilə Almaniya çempionluğunu bayram etmək ciddi nəticə vermək sayılmır. Bayern bunu Qvardiolasız da yaxşı bacarır. İndi Manchester City-də də eyni vəziyyətdir. Messi yoxdur, böyük qələbə gözə dəymir. Barcelona çətinə düşəndə Leo dəfələrlə köməyə gəlib, bir neçə çox önəmli oyunu təkbaşına çevirib. Pepin futbol ehtirasına və motivasiyasına görə heyifsilənirəm. Ona yazığım gəlir. Axı Messisiz Barcelona qurmaq qeyri-mümkündür”.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15674 səs