20/04/2019
13:18
980
| A A A
"İdeal olmaq mümkün deyil" - Qvardiola

“İdeal olmaq mümkün deyil, ancaq buna cəhd etməlisən. Əgər səhvləri düzəltməsən, özünü yenidən göstərəcək”.

Goal.az xəbər verir ki, bu sözləri Manchester City-nin baş məşqçisi Pep Qvardiola klubun rəsmi saytına açıqlamasında deyib.

İspaniyalı mütəxəssis Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra diqqətlərini Premyer Liqaya yönəltdiklərini bildirib: "Hələ Çempionlar Liqasının oyunlarından əvvəl bildirmişdim ki, biz inanılmaz şeylər etmişik. Komandamda fəxr edirəm.

Mən ancaq qarşıdakı oyun barədə düşnürəm. Çempionluq uğrunda mübarizə aparmağımız yaxşıdır. Əvvəl Tottenham-lə, sonda isə Manchester United-lə görüş barədə düşünməliyik".

Qeyd edək ki, Manchester City bu gün evdə Tottenham-i qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Xatırladaq ki, "şəhərlilər"i ÇL-dən məhz Tottenhem kənarlaşdırıb.

(qol.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15673 səs