21/04/2019
15:25
9732
| A A A
“Barcelona yaxşı komandadır, amma…” - Milner

Çempionlar Liqasının yarımfinal mərhələsində  Barcelona ilə qarşılaşacaq Liverpool-un futbolçusu Ceyms Milner açıqlama verib.

Goal.az xəbər verir ki, 33 yaşlı kapitan, Kataloniya klubunu məğlub edə biləcəklərini deyib:

“Manchester City-də forma geyinərkən, bir neçə dəfə “Kamp Nou”da oynamışam, amma yaxşı nəticə əldə edə bilməmişəm. Ümid edirəm ki, bu dəfə şanslı olaram. Rəqibin gücünü və “Kamp Nou”nun nə qədər çətin bir yer olduğunu bilirik, amma bu oyunlar rəqib üçün də çətin olacaq. Orda əlimizdən gələnin ən yaxşısını etməyə məcburuq.

Barcelona yaxşı komandadır, amma indiyə qədər bizim kimi oynayan başqa bir komandayla qarşılaşdıqlarını düşünmürəm. Barcelona-nı məğlub edə bilərik”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27861 səs