04/05/2019
09:50
2600
| A A A
Klopp "Qızıl matç" haqda danışdı

Liverpool-un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında Manchester City ilə mümkün olan "Qızıl matç" haqda danışıb.

İngiltərə Premyer Liqasının qaydalarına əsasən, iki komanda mövsümü zirvədə bitirsə, vurulan qol və buraxılan qollardakı fərq eyni olarsa, bu komandalar arasında əlavə oyunun keçirilməsi mümkündür.

Goal.az-ın "Mirror"a istinadən yaydığı xəbərə görə, alman mütəxəssis bununla bağlı deyib: "Bu, mümkündür? Dürüst olmalıyam, bu barədə fikirləşməmişəm. Manchester City ilə "Qızıl matç"ın oynanılması çox gözəl olar. Ancaq bunun mümkün olacağını düşünmürəm".

Qeyd edək ki, 36 turdan sonra Manchester City 92 xalla 1-ci, Liverpool 91 xalla 2-cidir. Mançester təmsilçisində topların fərqi 90-22, Liverpool-da isə 84-20 təşkil edir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs