04/05/2019
15:26
1807
| A A A
“Messi kimi oynasaq, finala çıxmaq üçün bir şansımız olar” – Poçettino

Tottenham-in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində Ajax-la keçirəcəkləri cavab matçıyla bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, turnirin finalında Barcelona ilə qarşılaşacaqlarına inanıb-inanmadığına aid sualı cavablandıran argentinalı mütəxəssis, Lionel Messi haqqında danışıb:

“Messi haqqında başqalarının hələ demədiyi nə deyə bilərəm ki? O, futbolun tanrılarından biridir. Toplu və ya topsuz şəkildə mübarizə həvəsi inanılmazdır. Onun kimi oynasaq, finala çıxmaq üçün bir şansımız olar. Bunu edə bilməsək, heç bir şansımız yoxdur. Messinin Liverpool qarşısındakı həvəsini və motivasiyasını görəndə, “niyə onun kimi motivasiya ola bilmədik?” deyə, düşünmək təəssüfləndirir”.

Yarımfinal mərhələsinin ilk oyununda Ajax-a 0:1 hesabı ilə məğlub olan London təmsilçisi, cavab matçını mayın 8-də, Amsterdamda keçirəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs