05/05/2019
20:40
1074
| A A A
Qurban Qurbanov: "Bu, Səbail üçün böyük uğurdur"

Qarabağ Azərbaycan Premyer Liqasının 27-ci turunda Səbail üzərində 4:0 hesablı qələbə ilə çempionluğu rəsmiləşdirib.

Goal.az xəbər verir ki, Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Bu gün yaxşı oyun göstərdilər. Səbail-i və Aftandil Hacıyevi də təbrik edirəm. İlk medallarını qazandılar və ilk dəfə Avroliqada iştirak edəcəklər. Bu böyük uğurdur".

- Neftçi ilə son tur formal xarakter daşıyacaq. Heyətdə hansısa dəyişikliklər olacaq?

- Düzdür, oyun formal xarakter daşıyacaq. Bizimçün əsas azarkeşlərə yaxşı oyun göstərməkdir, meydanda hansı futbolçular olursa, olsun.

- Hansı futbolçularla yollar ayrılacaq?

- Bu barədə indidən dəqiq bir söz demək istəmirəm. Ancaq komandadan gedənlər olacaq. Yaxın günlərdə bu barədə qərarlar veriləcək.

- Reynaldonun etimadı doğrultmadığı deyilir?

- Reynaldo Biz hələ Reynaldo ilə bağlı qərar verməmişik.

- Qarabağ-da 6-cı çempionluğunuzdur. Hansı sizin üçün daha çətin olub?

- Bütün çempionluqlar əzizdir bizimçün. Hər növbəti çempionluq daha dəyərli olur.

- Neftçi Qarabağ-dan irəlidə idi, sonra geri düşdü. Komanda barədə nə deyə bilərsiniz?

- Neftçiyə uğurlar arzulayıram. Bu il çempion olmağa layiq idilər və qalibiyyəti daha çox istəyirdilər. Neftçi-nin və bütün yerli klublarımızın uğurunu həmişə istəmişəm.

- Qarabağ son mövsümdə daha məhsuldar çıxış etdi...

- Məhsuldarlıq yüksəkdirsə, bu müsbət haldır.

- Rəşad Sadıqovun növbəti mövsümdə karyerasını davam etdirəcəyi gözlənilir?

- Rəşad komanda üçün çox dəyərlidir. Bizim üçün vacib oyunçudur. Hələ bizimlədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs