07/05/2019
10:24
2956
| A A A
"Bir həftə əvvəlki nəticəni düşünmək yanlış olar" - Valverde

"İlk oyunda baş verənlərə baxmayaraq, sabah burada nəyin necə olacağı haqda düşünməliyik. Bir həftə əvvəlki nəticəni fikirləşmək yanlış olar".

Goal.az-ın məlumatına görə, bu sözləri Barcelona-nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinal mərhələsinin Liverpool-a cavab oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis matça ciddi yanaşmalı olduqlarını söyləyib:

"Barcelona bu görüşə final kimi baxmalıdır. Çətin olacaq, çünki fanatların onların tərəfində olduğunu bilirik. Oyuna nəzarət etmək hər zaman önəmlidir. Ancaq hərdən rəqib sizə narahatlıq yarada bilər. Liverpool-un sürətli oyunçuları var. Boşluq buraxmamalıyıq".

Valverde Liverpool-un heyətində Məhəmməd Salah və Roberto Firminonun oynamamasına da münasibət bildirib: "Bütün gücümüzü ortaya qoymalıyıq. Belə oyunlarda zədələrlə məşğul olmaq istəmirik. Əlbəttə, həm Salah, həm də Firmino vacib oyunçulardır. Hər bir məşqçi aparıcı futbolçuların olmamasına görə narahat olur. Bu amil hər zaman vacibdir".

Barcelona-nın çalışdırıcısı bu günki qarşılaşmada Liverpool-un qələbə qazanmasını da istisna etməyib: "Qalib gələ bilərlər. Bu mövsüm Premyer Liqada səfərdə cəmi 1 oyunda uduzublar. Düşünürəm ki, meydanda rahat olmayacağıq. Barcelona - PSG oyununda hamı fikirləşirdi ki, parislilər səfər qolu sayəsində mərhələni keçəcək. Amma Barcelona həmin matçda 6 qol vurdu. Bax, buna görə ilk dəqiqələrdən oynamaq lazımdır".

Qeyd edək ki, Liverpool - Barcelona oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs