09/05/2019
10:38
2011
| A A A
"Hamısı qəhrəman, Moura isə superqəhrəmandır" - Poçettino

"

Hələ ki, mənə danışmaq çətindir. Futbolun sayəsində əla duyğularım var. Hələ ötən il demişdim ki, oyunçularım qəhrəmandır".

Goall.az xəbər verir ki, bu sözləri Tottenham-in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinalının Ajax-la cavab matçından sonra mətbuat konfransında deyib.

Argentinalı mütəxəssis komandasının möhtşəm qələbəsini belə şərh edib: "İkinci hissədə komandam inanılmaz oyun göstərdi. Futbola minnətdar  olmalıyıq ki, heç yerdə yaşaya bilməyəcəyimiz emosiyaları bizə verir. Hamıya təşəkkür edirəm. Duyğularımı təsvir etmək çətindir. 

Bu gün idmanı, futbolu sevdiyimizi göstərdik. Bu oyunu izləmək xoş idi. Bu komandanın baş məşqçisi olduğum üçün şadam. Tottenham-in bütün futbolçuları qəhrəmandır. Moura isə superqəhramandır".

Xatırladaq ki, evdə keçirdiyi görüşdə 0:1 hesabı ilə uduzan Tottenham Amsterdamdakı matçda möhtəşəm geridönüş edərək 3:2 qalib gəlib. London klubunun hər 3 qolunu Lukas Moura vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs