09/05/2019
10:08
1487
| A A A
"Finala çox yaxın idik" - Erik Ten Haq

"Qorxunc gecə idi. Avropada möhtəşəm oyun nümayiş etdirdik.  Bu gün futbolun amansız tərəfini gördük. Finala çox yaxın idik. Amma o son saniyə... Hesab 2:2 olarkən oyuna daha yaxşı nəzarət etməli idik".

Goal.az-ın məlumatına görə, bu sözləri Ajax-ın baş məşqçisi Erik Ten Haq Çempionlar Liqasının yarımfinalında Tottenham-ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Fasilədə oyunçulara demişdim ki, hələ heç nə bitməyib. Tottenham-in təslim olmadığı hiss edilirdi. Onlar uğur qazanacaqlarına inanırdılar. Əgər bir epizodda top dirəyə dəyməsəydi, oyunun taleyini həll etmiş ola bilərdik" - deyə o bildirib.

Ten Haq iyul ayından Avropada oynadıqlarını söyləyib: "Heç kimi günahlandıra bilmirəm. Çempionlar Liqasında möhtəşəm mövsüm keçirdik. Daha çox təcrübə qazandıq. 17 matç oynadıq və 10 qalibiyyət əldə etdik. Komandamla qürur duyuram".

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15691 səs