09/05/2019
13:04
1598
| A A A
"Həyatımın və karyeramın ən yaxşı anıdır" - Lukas Moura

"Nələr hiss etdiyimi başa salmaq mümkünsüzdür. Çox xoşbəxtəm. Komanda yoldaşlarımla qürur duyuram. Meydanda əlimizdən gələni hər şeyi etdik, finala layiqik".

Goal.az-ın məlumatına görə, bu sözləri Tottenham-in futbolçusu Lukas Moura Çempionlar Liqasının yarımfinalında Ajax-a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Sözügedən matçda het-trikə imza ataraq komandasına qələbə qazandıran braziliyalı yarımmüdafiəçi, təkcə özünün yox, bütün yoldaşlarının möhtəşəm oynadığını bildirib: "Hər kəs çox çalışdı. Ajax-a qarş oynamaq çətin idi, amma komanda yoldaşlarıma inanırdım. Hər matç belə vuruşmalıyıq".

Moura söyləyib ki, finala çıxacaqlarına inanırdılar: "Futbol bizə belə gözəl anları hədiyyə edir. Bundan həzz almaq lazımdır. Bu, mənim həyatımın və karyeramın ən yaxşı anıdır".

(qol.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs