09/05/2019
16:55
1434
| A A A
"Bakı yolunda son sınağımızdır" - Hasebe

Eintracht-ın yarımmüdafiəçisi Makoto Hasebe Avropa Liqasının yarımfinal mərhələsində Chelsea önündə şanslarını dəyərləndirib. Goal.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, yaponiyalı futbolçu rəqibdən çəkinmədiklərini söyləyib.

Hasebe onları finaldan cəmi 1 görüşün ayırdığını əlavə edib: "Evdə qollu bərabərə qalsaq da, səfər matçı öncəsi optimistik. Bilirik ki, bu, Bakı yolunda son sınağımızdır. Hər şey öz əlimizdədir. Həyəcanverici mövsümün sonuna gəlmişik. Məşhur "Stemford Bric"dən başıuca çıxsaq, mayın 29-da final oyununda iştirak edəcəyik. Artıq 35 yaşım var, komandada ən yaşlı oyunçu mənəm. Buna görə də turnirin qalibi olmaq üçün bütün gücümlə çalışacam".

Qeyd edək ki, Eintracht-la Chelsea arasında cavab oyunu bu gün keçiriləcək. Almaniyadakı ilk matçda bərabərlik (1:1) qeydə alınıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15685 səs