11/05/2019
11:31
1544
| A A A
“Bakıda Arsenal-la möhtəşəm London derbisi oynayacağıq”

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında Eintract-la 1:1 hesablı bərabərliyə razılaşaraq, rəqibi penaltilər seriyasında mübarizədən kənarlaşdıran Chelsea-nin qapıçısı Kepa Arrisabalaqa matçdan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, penaltilər seriyasında iki qurtarış edən ispan qapıçı, bunları deyib:

“Penaltilərdə şans vacibdir. Liqa kubokunda məğlub olmuşduq, amma bu gün qalib gəldik. Futbol belə bir oyundur. Çox yaxşı komandaya qarşı mübarizə apardıq və artıq final matçında olduğumuz üçün xoşbəxtik. Hər oyundan əvvəl penaltilərə hazırlaşıram. Bu gün şanslı idim.

Çox çətin bir mövsüm keçirdik, iki final matçı oynadıq və Çempionlar Liqasına qatılmaq haqqı qazandıq. Məncə, bizim üçün yaxşı bir mövsüm oldu. Artıq Bakıda Arsenal-la möhtəşəm London derbisi oynayacağıq”.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15687 səs