11/05/2019
15:06
1158
| A A A
"Bakıya gedəcəyim üçün xoşbəxtəm" - Petr Çex

“Əvvələr heç vaxt Bakıda olmamışam. Ora gedəcəyim üçün həqiqətən çox xoşbəxtəm”.

Goal.az xəbər verir ki, bu sözləri Arsenal-ın qapıçısı Petr Çex Avropa Liqasının yarımfinalında Valencia ilə səfər oyunundan (4:2) sonra "BBC"yə açıqlamasında deyib.

37 yaşlı qolkiper mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda - sabiq komandası Chelsea ilə qarşılaşmada təcrübənin öz sözünü deyəcəyini bildirib: “Arzularınızın həyata keçməsi üçün özünüzə inanmalısınız. Əzmlə çalışmaqla yanaşı, inam da vacibdir. Belə bir fantastik komanda və azarkeşləri qələbəyə layiqdirlər. Bunun üçün bir addım qalıb. Belə oyunlarda təcrübə öz sözünü deyə bilər. Çünki hər iki komanda təzyiq altında olacaq".

Qeyd edək ki, Avropa Liqasında bu mövsüm Qarabağ-la eyni qrupda yer alan London klubunun qapıçısı zədə səbəbindən Bakıya gələ bilməmişdi.

(qol.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33453 səs