11/05/2019
21:16
1202
| A A A
"Qələbə qazanıb, xal fərqini azaltmaq istəyirdik"

"Əlbəttə ki, çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Qələbə qazanıb, xal fərqini azaltmaq istəyirdik. Amma alınmadı".

Goal.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra "CBC Sport" telekanalına açıqlamasında deyib. Matçla bağlı fikirlərini bölüşən italiyalı mütəxəssis Baqali Dabonun zədələnməsindən də danışıb:

"Dabo bizim üçün önəmli oyunçudur. Zədələnməsi komandaya mənfi təsir etdi. Onun əvəzinə meydana çıxan Namiq də yaxşı mübarizə apardı. Ancaq yenə də Dabonun zədələnməsinə üzüldük".