12/05/2019
12:28
7827
| A A A
Mahir Mədətov ilk dəfə yeni soyadına aydınlıq gətirdi

Mənim üçün bombardirlik ikinci planda idi. Sadəcə, bu gün Neftçi-yə uduzmaq istəmirdim. Onlara qalib gəlməyin həzzi başqadır. Çünki, bu derbidir. Sevinirəm ki, qalib gəldik və çempion olduq. Çempion ola bilməsəydik, əziyyətimiz yerdə qalacaqdı.

Goal.az xəbər verir ki, bunu millimizin və Qarabağ-ın futbolçusu Mahir Mədətov (Emreli) deyib.

O, karyerasında mövsümün gedişatında enişin olmasını ailə problemlərinin olması ilə əlaqələndirib:

“Ailə problemlərim heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş buradadır, ailə buradadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm oradan, həm də buradan oluram. Kapitanımıza və baş məşqçimizə bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.

Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün bir az şok keçirdim. Karyeramda eniş getsəydi, anam və bacım çox pis olardı. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə də onları sevindirim. Çempionluğumu da, bombardirliyimi də onlara həsr edirəm”.

Mahir yeni şəxsiyyət vəsiqəsində atası Anarın adını öz ismi ilə və Mədətov soyadını Emreli ilə dəyişdirib. O buna da aydınlıq gətirib:

“Sosial şəbəkələrdəki yeni şəxsiyyət vəsiqəmi mən paylaşmamışam. Babamın soyadı Emrelidir. O, yarı avar, yarı azərbaycanlıdır. Onun soyadını özümə götürmüşəm. Bu soyad məndən başqa bir də dayım oğlundadır. Növbəti mövsümdən formamda Mədətov yox, sadəcə Mahir yazılacaq”.

O daha sonra Yunanıstanın AEK klubunun onu istəməsi ilə bağlı danışıb:

“Bunu yeni mövsümdə görəcəyik. Ola bilər ki, xaricə üz tutum. Avropada yaxşı klub, oynaya biləcəyim yer olsa, canla-başla gedərəm. AEK isə məni hələ Kopengaven-ə qalib gələrək, Çempionlar Liqasına vəsiqə qazandığımız vaxt istəyirdi. Son olaraq, qışda mənim üçün Qarabağ-a rəsmi təklif göndərdikləri vaxt mövsümün ikinci hissəsinə üç gün qalırdı, Neftçi ilə oyuna hazırlaşırdıq.

Hələ Qarabağ-la bir illik müqaviləm var. Ən böyük problem transfer haqqı məsələsidir. AEK fikirləşir ki, Azərbaycan çempionatıdır, xərcə düşmək istəmir. Amma əslində Qarabağ-ın ardıcıl beş il avrokubokların qrup mərhələsində oynamış bir Avropa klubu kimi transfer haqqı istəməyə tam ixtiyarı var”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs