25/05/2019
10:22
3118
| A A A
“Biz heç bir transfer etmədik, amma Liverpool…” - Poçettino

Çempionlar Liqasının final matçında Liverpool-la qarşılaşacaq Tottenham-in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis, Mersisayd təmsilçisinin final qarşılaşmasında favorit olduğunu deyib:

“Final matçının favoritinin Liverpool olduğunu düşünürəm. Onlar mövsümə Çempionlar Liqasını qazanmaq hədəfiylə başladılar, vacib transferlər etdilər. Biz isə mövsümü ən yaxşı şəkildə bitirməyi hədəfləmişdik. Bu mövsüm biz heç bir transfer etmədik, amma Liverpool qapıçı və müdafiəçi üçün 140 milyon avro xərclədi. Bunları unutmamalıyıq”.

47 yaşlı mütəxəssis, yeni tarix yazmaq üçün çalışacaqlarını da deyib:

“Hər kəs final matçında taktiki bir mübarizə gözləyir, amma məncə, hisslər ön plana çıxacaq. Bir-birimizi yaxşı tanıyan iki komandayıq. Düşünürəm ki, oyunda taktiki sürprizlər olmayacaq, hisslər əsas rol oynayacaq.

Bəlkə də, heç kim Tottenham-in finala yüksəlməsini gözləmirdi. Tarix yaza bilərik, bu, bizim əlimizdədir. Manchester City-ni mübarizədən kənarlaşdırmaq və Ajax qarşısında geri dönüş etmək bizə güc verdi”.

Baş məşqçi komandanın zədəli futbolçusu Harri Keynin vəziyyəti haqqında da danışıb:

“Keyn çox vacib bir futbolçudur, amma onun oynaması üçün tam hazır olması lazımdır. Hazırda yaxşılaşma dövründədir və meydanda ola biləcəyini düşünürük”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34018 səs