02/06/2019
10:15
1832
| A A A
"Bunu heç vaxt unutmayacağam" - Salah

"Hamımız çox sevinirik. Finalda ardıcıl ikinci dəfə oynamaqdan və 90 dəqiqə meydada qalmaqdan məmnunam. Bu gün hər kəs əlindən gələnin ən yaxşısını etdi. Fərdi olaraq heç bir oyunçu önə çıxmadı, amma komanda şəklində möhtəşəm idik".

Goal.az xəbər verir ki, bu sözləri Liverpool-un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında Tottenham-ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Misirli hücumçu VAR sayəsində penalti qazanmalarına da münasibət bildirib: "Növbəti mövsüm VAR-ı İngiltərə Premyer Liqasında da görəcəyik. Amma indidən bunu çox bəyəndiyimi söyləyə bilərəm".

O, ÇL-in kubokunu qazandığı üçün inanılmaz hisslər keçirdiyini vurğulayıb: "Bu uğuru birlikdə bacardıq. Komanda şəkində vuruşduq və yekunda zəfərə nail olduq. Çox özəl bir andır. Bunu heç vaxt unutmayacağam".

Salah bu yerlərə gəlmək üçün çox fədakarlıq etdiyini söyləyib: "Əvvəlcə kənddən Qahirəyə getdim. Sonra isə yüksək səviyyədə çıxış edən misirli oyunçu oldum. Bu, mənim üçün inanılmazdır".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17749 səs