02/06/2019
11:34
1626
| A A A
“Onların doğru seçim edəcəyinə inanıram” – Qattuzo

Milan-dan ayrılan Gennaro Qattuzo mətbuata açıqlama verib.

Goal.az xəbər verir ki, Qattuzo, 2017-ci ildən çalışdığı A Seriyası təmsilçisi haqda bunları deyib:

“Milan-da olmaq inanılmaz idi. Futbolçu kimi də, məşqçi kimi də. Bu kluba olan borcum çoxdur. Ayrılmaq qərarını əvvəldən vermişdim. Milan-la Çempionlar Liqasına vəsiqə qazanacaqdımsa da, yenə də ayrılacaqdım.

“Milan-ın yeni baş məşqçisinin kim olacağını bilmirəm. Ancaq klub peşəkar insanların əlindədir. Onların doğru seçim edəcəyinə inanıram”.

Qattuzo 2017-ci ildən Milan-a rəhbərlik edirdi. Onun çalışdırdığı kollektiv geridə qalan mövsümdə A Seriyasını 68 xalla 5-ci sırada bitirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs