02/06/2019
14:51
2388
| A A A
“UEFA-ya bizi İstanbulda gözləmələrini demişdim” – Klopp

Çempionlar Liqasının final oyununda Tottenham-i 2:0 hesabı ilə məğlub edən Liverpool-un baş məşqçisi Yurgen Klopp matçdan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, alman mütəxəssis, həyatının ən xoşbəxt gününü yaşadığını deyib:

“Bu gün həyatımın ən xoşbəxt günüdür. Çempionlar Liqasını qazanmağa çox cəhd göstərdik. Bir az vaxt aldı, amma biz hər zaman inkişaf etməyə davam etdik. Artıq yolumuza daha rahat davam edə bilərik.

Bütün futbolçular, azarkeşlər və ailəm üçün çox xoşbəxtəm. Onlar mənim üçün çox təəssüf hissi yaşayıblar. Onlar bu xoşbəxtliyə hər kəsdən daha artıq layiqdirlər.

Bütün futbolçularım sona qədər mübarizə apardılar. Qapıçımız Alisson Bekkerlə bağlı söz tapa bilmirəm. Çətin şeyləri asan göstərən bir qapıçımız var”.

Avqustda Chelsea ilə İstanbulda keçirəcəkləri UEFA superkuboku oyunu haqqında da danışan 51 yaşlı mütəxəssis, Liverpool-un 2005-ci ildə Milan-a qalib gəldiyi matça da toxunub:

“UEFA-ya bizi İstanbulda gözləmələrini demişdim. Hekayəmizi davam etdirməliyik, amma İstanbuldakı uğuru təkrarlamaq çox iddialı olar”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs