06/06/2019
15:35
2776
| A A A
"Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik" - Pavel Hapal

"İordaniya və Azərbaycanla oyuna eyni formada hazırlaşırıq. Məqsədimiz hər iki görüşdə qələbə qazanmaqdır".



Goal.az-ın məlumatına görə, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

Sabah İordaniya ilə yoldaşlıq görüşü keçirəcək slovakiyalılar iyunun 11-də AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq.

50 yaşlı mütəxəssis yığmamızla oyunöncəsi heyətdə dəyişiklik olacağını istisna etməyib: "Namizədlərin hamısını meydanda iş başında görmək üçün əlavə 6 nəfər dəvət etdik. Onlara İordaniya ilə oyunda şans verəcəyik. Əsas heyət isə Azərbaycanla matça hazırlaşacaq. İordaniya ilə qarşılaşmadan sonra 6 nəfər bizi tərk edəcək. Ancaq meydandakılar bizi müsbət mənada təəccübləndirsə, Azərbaycanla oyunda heyətdə dəyişiklik edə bilərik".

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü "Bakcell Arena"da keçiriləcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5101 səs