07/06/2019
20:10
2132
| A A A
“Sanenin burda qalacağına inanıram” – Gündoğan

Manchester City-nin yarımmüdafiəçisi İlkay Gündoğan Bayern Münich-nın heyətinə qatmaq istədiyi komanda yoldaşı Leroy Sane ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, 28 yaşlı futbolçu, Sanenin “şəhərlilər”in heyətindən ayrılmayacağına inandığını deyib:

“Sane ilə transfer məsələləri ilə bağlı bir az danışdıq. Söhbətimizdə Manchester City-dən ayrılmaq istədiyini hiss etmədim. Bundan başqa, klub da onun ayrılmasına icazə vermir. Sanenin klubla daha iki illik müqaviləsi var və burda qalacağına inanıram”.

Bir neçə gün əvvəl məsələylə bağlı açıqlama verən Bayern Münich-ın prezidenti Uli Höness, Manchester City-nin Sane üçün 100 milyon avro istədiyini və bu transferin həyata keçmə ehtimalının az olduğunu bildirmişdi.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34018 səs