08/06/2019
22:34
1822
| A A A
"Azərbaycan yığması oyuna gözlədiyimizdən fərqli..." - Rossi

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Macarıstan matçı qonaqların 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Goal.az xəbər verir ki, macarların baş məşqçisi Marko Rossi oyundan sonra verdiyi açıqlamada komandanın çıxışından və nəticədən razı qaldığını bildirib: "Oyunun ilk hissəsi bərabər səviyyədə keçdi. İkinci hissədə daha inamlı təsir bağışladıq. Texniki zonadan kənarlaşdırılmağımla bağlı qərarın düzgün olmadığını düşünürəm. Hakim yanlış qayda pozuntusunu qeydə aldı, rəqib oyunçu təhlükəli oynamışdı. İstəmədən ikinci dəfə texniki zonadan kənara çıxdım. Hakimin niyə belə qərar verdiyini bilmirəm".

Rəqib məşqçi Azərbaycan yığmasının oyunu barədə də fikrini bölüşüb: "Azərbaycan yığması oyuna gözlədiyimizdən fərqli heyətlə çıxdı, daha doğrusu cüzi dəyişikliklər vardı. Qalib gəldiyimiz üçün şadam".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34155 səs