09/06/2019
16:38
1592
| A A A
“Türkiyə millisi bizdən daha yaxşı oynadı” – Qrizmann

Fransa millisinin futbolçusu Antuan Qrizmann AÇ-2020-nin seçmə mərhələsində Türkiyəyə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Qrizmann, 0:2 hesabıyla bitən görüş haqda bunları deyib:

“Türkiyə qarşısında demək olar heç bir imkanımız olmadı. “Çərçivə”yə gedən zərbəmiz də olmayıb. Mən də yaxşı deyildim. Qısa zamanda yenidən meydana çıxa biləcəyimiz üçün şanslıyıq.

Məğlubiyyətə görə bəhanə axtarmalı deyilik. Türkiyə millisi bizdən daha yaxşı oynadı. Hollandiya yığması ilə oyundakı məğlubiyyətdən sonra da eyni hissi yaşamışdıq. Oyundan sonra paltardəyişmə otağında nə üçün uduzduğumuzun səbəbini tapmağa çalışdıq, ancaq olmadı. Meydanda heç bir şey edə bilmədik”.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs