10/06/2019
12:17
2260
| A A A
Hamşik: "Azərbaycanla görüş açar rolu oynayacaq" - müsahibə

Slovakiya millisinin kapitanı Marek Hamşik yerli mətbuata müsahibə verib.

Ulduz futbolçu AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisi ilə keçiriləcək qarşılaşma haqda danışıb.

- Azərbaycanı necə qəbul edirsiniz?

- Aşağı səbətdə daha zəif komandalar var idi. Futbol dayanmadan inkişaf edir və bu cür komandalar artıq hər kəsə əzab verə bilirlər. İsti hava və yüksək rütubətdə oynayacağıq. Üstəlik, rəqib doğma azarkeşləri önündə çıxış edəcək. Bu dəqiqdir ki, xoşagəlməz oyun olacaq.

- Mütəxəssislər hesab edir ki, Azərbaycana qarşı büdrəyən komanda Avropa çempionatına gedə bilməyəcək. Siz də belə hiss edirsiniz?

- Azərbaycanla görüşü açar rolu oynayacaq önəmli bir oyun kimi görürəm. Bura 3 xal üçün gəlmişik, öz səviyyəmizi ortaya qoymaq istəyirik.

- Futbolçular uzun və yorucu mövsümdən sonra komandaya qoşulub. Bu matçda zərbə almaqdan qorxmursunuz?

- Bu müddətdə kimin oynamasının bizim üçün bir fərqi yoxdur. Düzdür, bəzi futbolçuların istirahət etmək üçün yetərli qədər vaxtı olmadı. Bu üzdən indiki məqamda evdə oynamaq bizim üçün daha asan olardı.

- Azərbaycan dünya çempionatının ikincisi olan Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzub. Siz nə gözləyirsiniz?

- Baş məşqçi Pavel Hapal bizə dedi ki, bu məqamı düşünüb işimizi çətinləşdirməməli, başı dik mübarizəmizi aparmalıyıq. Baş məşqçinin tapşırıqlarına əməl etməyə çalışacağıq. Gərəksiz gecikmələrin olmaması üçün sürətli və sadə oynamağımızı istəyib.

- Azərbaycanla Slovakiyanın oyunlarını xatırlayırsınız?

- Millidə çox matçda iştirak etməyimə baxmayaraq, onlara qarşı hələ oynamamışam. Keçmişi unutmaq lazımdı, çünki futbol dəyişir. Bu oyunda cəmi 1 qol ola bilər və biz qalib gəlmək istəyirik.

- Komandada gəncləşdirmə siyasəti aparıldı və hazırda heyətdə 21 yaşdan aşağı 12 oyunçu var. Bu dəyişiklik sizə uğur gətirəcəkmi?

- Bu normal haldır. Bəzi futbolçuların yaşı 35-ə çatır. Gəncləşdirmə siyasəti komandaya kömək edəcək. Sadəcə, 3 aparıcı futbolçunun eyni anda olmaması üzücü və təəccüblüdür.

- Şkrtel, Huboçan və Nemetsin yerini doldurmaq çətin olacaq...

- Əlbəttə. Onlarla 10 ildi bu komandada çıxış edirik. Belə bir şeyi unutmaq mümkün deyil. Ancaq gənclərin bir-birilərini yaxşı tanımaları sevindiricidi. Çox yaxşı oyun qururuq. (tərcümə: matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34018 səs