19/06/2019
11:30
10377
| A A A
Aqolli albanlara Qarabağ-dan danışdı: "Baş məşqçisi ikinci atam, futbolçuları qardaşım olub"

2010-2019-cu illərdə Qarabağ-ın şərəfini qorumuş, hazırda ABŞ-ın New York Cosmos klubunda çıxış edən Ansi Aqolli Albaniya mətbuatına müsahibə verib.

Albaniya millisinin sabiq kapitanı Çempionlar Liqasının I təsnifat mərhələsindəki Partizani - Qarabağ cütlüyünü dəyərləndirib.

- Partizani Çempionlar Liqasının I təsnifat mərhələsində Qarabağ-la qarşılaşacaq. Tirana təmsilçisinin şansı nə qədərdir?

- Futbolda hər şey açıqdır və hər zaman şans var. Məntiqlə Çempionlar Liqası və Avropa Liqasında iştirak etmiş Qarabağ bu turnir üçün təcrübəli komandadır və Partizani-dən üstün hesab edirəm. Şansın nə qədər olduğu meydanda görünəcək. Bu, komandanın mübarizəsindən asılı olacaq.

- Partizani Qarabağ-a qalib gəlmək üçün nələr etməlidir?

- Sıfır səhv ilə iki mükəmməl oyun keçirməlidir. Bu turnirdə bir qol buraxsan, bunu sığortalamaq çətin olur. Qarabağ-a qarşı iki mükəmmək matç kifayətdir.

- Bu cütlükdə kimə azarkeşlik edəcəksiniz?

- Azarkeş (gülür). İndi özümü düşünürəm. Çünki Qarabağ-da 10 il keçirmişəm. Bu 10 il karyeramın ən uzun müddətidir. Qarabağ-ın baş məşqçisi mənə ikinci ata kimi olub. Komandanın kapitanı ilə 10 il birlikdə çörək yemişik, yaxşı və pis günlərimiz olub. Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda ilə qardaş olduq. Birlikdə keçirdiyimiz 10 il az vaxt deyil. Karyeramın 70 faizini bu ailənin içində keçirmişəm. Qarabağ mənim ikinci evim oldu, həmişə də belə qalacaq. Mənim Partizani ilə əlaqələndirən məqam Albaniya klubu və Tirana-da olduğum zaman bizə rəqib olmasıdır. Məni bu komanda ilə başqa heç nə bağlamır. Amma Qarabağ... Qarabağ-da Tirana-dan da çox vaxt keçirmişəm.

- Partizani rəqib barədə sizdən məlumat istəsə, onlara kömək edərsiniz?

- Düşünmürəm ki, onların mənə ehtiyacları ola. Artıq hər şey sadədir. İnkişaf etmiş texnologiya sayəsində məşqçi internetdən hər şeyi öyrənə bilir. “InstaScout” və “WyScout” istənilən məlumatı sənə verir. Rəqibin taktiki gedişləri, onun necə oynaması... Partizani-nin şəxslərdən məlumat aldığına inanmıram. Çünki internet indi dünyanın hər yerinə getmək imkanı verir. (tərcümə: matc.az)

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
1261 səs