23/06/2019
13:36
978
| A A A
“Oyuna belə çıxsaq, problemimiz olmayacaq” – Stankoviç

“Klubun ambisiyaları mənim üçün çox maraqlı idi. Zəng vurub deyəndə ki, səninlə “Neftçi” maraqlanır, düşündüm və qərara gəldim ki, bura gəlib karyeramda yeni mərhələyə başlamaq yaxşı olar”.

Goal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Voislav Stankoviç deyib.

“Qəbələ”dən transfer edilən serb müdafiəçi klubun saytına verdiyi açıqlamada təlim-məşq toplanışı və avrokuboklarla bağlı fikirlərini bölüşüb: “Mənimlə yanaşı, buradakı hər bir futbolçu “Neftçi” ilə böyük uğurlara imza atmaq üçün əlindən gələni etməyə çalışır. Hər şey qaydasındadır. Hazırlıq üçün yaxşı şəraitimiz var. Belə də davam etmək lazımdır. Hesab edirəm ki, mövsümə yaxşı başlayacağıq. Hər şey plan üzrə gedir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Avroliqadakı ilk oyunumuza hazırlaşırıq. Birinci yoxlama görüşünü normal keçirdik, qələbə qazandıq. Davamını gətirməliyik. Hər rəqibə qarşı 100 faiz köklənməliyik. İndiki futbolda hər bir rəqibi asanlıqla keçəcəyinə zəmanət verə bilməzsən. Buna görə də düşünürəm ki, ilk matça maksimum köklənib, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Ümid edirəm ki, oyuna belə çıxsaq, problemimiz olmayacaq”.

Stankoviç Avropa Liqasının təsnifat mərhələsindəki ilk rəqibləri “Sperantsa” haqda məlumatlarının olduğunu da qeyd edib: “Kifayət qədər güclü komandadır. Arxayınlaşmaq olmaz. Dediyim kimi, bu oyuna maksimum hazırlaşıb, səfər matçını qələbə ilə başa vurmalıyıq. Çox yaxşı azarkeşlərimiz var. Onlar komandanı çox sevirlər. Çalışacam ki, hər oyunda meydana çıxıb, bütün gücümü ortaya qoyum. Hesab edirəm ki, komandaya köməyim dəyəcək. “Neftçi”nin müdafiə xətti daha da güclü olacaq. Bu, komandanın qarşıdan gələn mövsümdə böyük uğurlar qazanmasına kömək edəcək”

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21583 səs