29/06/2019
14:34
1791
| A A A
"Hələ istədiyimiz səviyyəyə çatmamışıq" - Qurban Qurbanov

"Pis oyun alınmadı".

Goal.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdam klubu dünən yoxlama oyununda Rusiyanın "Ufa" klubunu 2:1 hesabıyla məğlub edib.

Qurbanov qarşılaşmadan sonra fikirlərini bölüşüb: "Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq. Əlbəttə ki, çatışmazlıqlarımız çoxdu, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37497 səs