30/06/2019
12:07
3269
| A A A
“Topun dalınca dovşan kimi qaçırıq” - Messi

Amerika kubokunun 1/4 final mərhələsində Venesuelanı məğlub edən Argentina millisinin üzvü Lionel Messi açıqlama verib.

Goal.az xəbər verir ki, Messi, 2:0 hesabıyla qələbə qazandıqları oyundan sonra bunları deyib:

“Gözlədiyim səviyyədə oynaya bilmirəm. Ancaq belə meydanlarda oynamaq asan deyil. Həqiqət odur ki, Braziliyada meydançalar utancverici vəziyyətdədir. Topu idarə etmək çətindir. Topun dalınca dovşan kimi qaçırıq.

Meydançaların bu vəziyyətdə olması, futbol oynamağımıza da əngəl olur. Daha yavaş oynamaq məcburiyyətində qalırıq. Amma oyunboyu topa nəzarət edib, qələbə qazana bildik”.

Argentina millisi yarımfinalda Braziliya ilə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37515 səs