06/07/2019
11:30
3181
| A A A
"Mən olduqca cəsuram" - Lempard

Chelsea-nin yeni baş məşqçisi Frenk Lempard klubun saytına açıqlama verib.

Goal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis, “zadəganlar”dakı gələcək hədəflərindən danışıb:

“Bəlkə, bu, riskdir. Ancaq mən olduqca cəsuram. Baş məşqçiliyə başladığım andan həmişə Chelsea-də işləmək istədiyim aydın idi. Derby County-yə hörmətsizlik etmək istəmirəm, ora mənim üçün fantastik idi. Mən futbolçu olanda da hirsli idim, baş məşqçi kimi də. Hər zaman üst səviyyədə olmaq istəyirəm.

“Biz əvvəl belə edərdik, belə oynayardıq” deyə, danışmaq lazım deyil. Keçmişə qayıtmaq istəmirəm. Chelsea-nin böyük dəyərləri var və futbolçular da bunu bilməlidir. Futbolçulara yaxın olmaq, mənimlə danışa biləcəklərini hiss etdirmək istəyirəm. Çox çalışmaq və hər zaman yanlarında olmaq istəyirəm”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37507 səs