07/07/2019
14:10
2925
| A A A
"Messi ilə bir-birimizi bir az itələdik" - Medel

Çili millisinin yarımmüdafiəçisi Qari Medel Argentina yığmasının kapitanı Lionel Messi ilə aralarındakı münaqişədən haqda danışıb.

Goal.az xəbər verir ki, Medel öz açıqlamasında Amerika kubokunun üçüncü yeri uğrundakı görüşdə meydandan qovulmalarınının düzgün qərar olmadığını bildirib.

“Messinin fikirləri ilə razıyam. Düşünürəm ki, heç sarı vərəqəyə də layiq deyildik. Bir-birimizi bir az itələdik. Başqa heç nə olmadı. Hakim daha düzgün qərar verə bilərdi” - deyib Medel. 


Xatırladaq ki, Argentinanın qalib gəldiyi oyunun (2:1) 36-cı dəqiqəsində ikili mübarizə zamanı Messi Medeli arxadan itələyib. Bunun qarşılığında isə Medel sinəsi ilə onu itələyib və hər iki oyunçu qırmızı vərəqə ilə meydandan qovulub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21941 səs