10/07/2019
15:33
1551
| A A A
"Bütün imkanlarımızı səfərbər etmişik ki.." - Roma-nın yeni baş məşqçisi

"Bizim güclü komandamız olacaq".

Goal.az xəbər verir ki, bu sözləri ötən gün Roma-nın yeni baş məşqçisi Paolo Fonseka deyib.

"Bu cür möhtəşəm şəhərdə olub, bu cür böyük klubda çalışmaq imkanına sahib olduğum üçün çox şadam. Ümid edirəm tezliklə sizin hamınızla italyan dilində danışacam.

Bu "mənim Romam" yox, hamının Roması olacaq. Mən azarkeşlərin fəxr edəcəyi ambisiyalı komandanın yaradılmasında həmişə maraqlı olmuşam.

Bütün imkanlarımızı səfərbər etmişik ki, əla komanda formalaşdıraq və variantlarımızı sürətlə nəzərdən keçiririk. Bizə komandanı yaxşılaşdıra biləcək və bizim profilə uyğun xarakterə malik futbolçular lazımdır, məsələn Pau Lopez kimi.

İki mövsüm öncə Shakhtor ilə Olimpico-ya gələndə möhtəşəm atmosfer var idi: İzdiham məhz həmin gecə qələbə qazanmağa komandanı vadar etdi. Əlimdən gələn hər şeyi edəcəm ki, azarkeşləri cəlb edib, yenidən bu atmosferi yaradaq.

Məqsəd - tez bir zamanda yenidən Çempionlar Liqasına qayıtmaq olacaq. Amma bununla yanaşı azarkeşlərin fəxr edəcəyi ambisiyalı, güclü və döyüşkən komanda yaratmaq niyyətindəyik" - deyib Fonseka.

Qeyd edək ki, Fonseka son mövsümdə Shakhtor ilə ölkə çempionluğunu qazanmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37521 səs