11/07/2019
15:47
1320
| A A A
“Ayın 25-dək komanda tam formalaşmalıdır” – Sənan Qurbanov

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama oyununda Ukraynanın “Vorskla” klubuna 1:3 hesabıyla məğlub olan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov matçdan sonra açıqlama verib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis, matçla bağlı bunları deyib:

“Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar qapımıza qol vurulması ilə nəticələndi. Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdır ki, toplanış müddətində onları aradan qaldıraq və bir daha təkrarlanmasın. İkinci hissədə yağışlı hava oldu, oyunun sürəti də artdı. 20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar. İyulun 17-də son matçımız olacaq. Çalışacağıq ki, tam heyətlə oynayaq. Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə oynadılar. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. Ayın 25-dək komanda tam formalaşmalıdır”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36029 səs