19/07/2019
00:00
2429
| A A A
"Hesab 3:2 olsa da, belə emosiyaları yaşamaq istəməzdim"

"Hesab yenə 3:2 olsa da, mən belə emosiyaları yaşamaq istəməzdim. 70-ci dəqiqədən sonra rəqibin təşəbbüsü ələ aldığı fikri ilə razılaşmıram. Buraxdığımız qollardan nəticə çıxarmalıyıq".

Goal.az xəbər verir ki, bunu "Universitatya"nın baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

46 yaşlı mütəxəssis bildirib ki, oyundan narazı azarkeşlər səbirsiz olduqları qədər möhtəşəmdirlər:

"Çalışacağıq ki, nəticələri daha da yaxşılaşdıraq və onları məmnun edək".

Papure 2 oyuna 3 qol vuran "Səbail"in hücumçusu Ağabala Ramazanov barədə də fikirlərini bölüşüb:

"O, çox yaxşı oyunçudur, texnikalıdır. Ona çox yaxşı karyera və bol qollar arzulayıram".(Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27578 səs