19/07/2019
00:42
3565
| A A A
"Biz Liverpool deyilik ki, belə hesabdan sonra dönüş edək" - Kristof Efros

"Çox şey danışmaq olar. Rəqibi təbrik etməklə kifayətlənirəm".

Goal.az-ın məlumatına görə, bunları Moldovanın Sperantsa komandasının baş məşqçisi Kristof Efros Neftçi-yə 0:6 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra söyləyib.

27 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda hakimlərin Neftçi-yə kömək etməsi fikrində qalır:

"Bu gün eyni sözü deyə bilmərəm. Səhvlər etdik. Təəssüf ki, biz Liverpool deyilik bu cür hesablardan sonra geridönüş edə bilək".

Baş məşqçi "Klub prezidenti olan atanıza nə hesabat verəcəksiniz?" sualına belə cavab verib:

"Bu bizim daxili problemimizdir. Hesabatı mətbuata yox, prezidentə verəcəyəm. Suallarınız aqressivdir. Sonra da deyirsiniz ki, mən aqressiv danışıram. Elə sözlər deyərəm ki, sizin xoşunuza gələ bilər. İstəyirsinizsə, həyatdan danışaq. Hər bir insan irəli baxır. Sizin maaşınız aşağıdırsa, yüksək olmasına çalışacaqsınız. Ancaq axmağın biri deyər ki, uduzacağam. Mənim kişiliklə bağlı hər bir şeyim qaydasındadır. Azərbaycanın neft satması ilə bağlı sözlərim komplimentdir. Biz də çaxır satırıq. Bunda heç bir problem yoxdur. Oyundan qabaq ancaq pozitiv fikirlər səsləndirdim. Hərçənd xoş olmayan bəzi nüanslar vardı. Amma mən durub Neftçi düşərgəsi kimi meydan və ya digər amillərdən danışmayacağam. Neftçi qrupa düşsə, qürur duyacağıq".

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs