21/07/2019
11:55
2526
| A A A
“İşlər istədiyimiz kimi getmir” - Konte

İnter-in baş məşqçisi Antonio Konte açıqlama verib.

Goal.az xəbər verir ki, Konte, transferdə digər klublardan geridə qaldıqlarını deyib:

“Hazırda işlər istədiyimiz kimi getmir. Bunu inkar etməyin mənası yoxdur. Gələn və gedən oyunçularla bağlı hələ böyük problemlər var.

Planlarımızın olduqca gerisindəyik. Ayrılıqlara üstünlük verib, işlərimizi sürətləndirməliyik. Digər komandalarla rəqabət edə bilmək üçün çox şey etməliyik”.

İtaliya mətbuatının xəbərinə görə, Kontenin əsas narazılığı Raca Nainqqolan və Mauro İkardinin hələ komandadan ayrılmaması ilə bağlıdır. (komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27578 səs