21/07/2019
14:47
4508
| A A A
"Atamı çağırdım və ağlamağa başladım" - Qrizmann

Barcelona-nın Atletico Madrid-dən heyətinə qatdığı Antuan Qrizmann açıqlama verib.

Goal.az xəbər verir ki, fransalı futbolçu, Kataloniya klubuna transfer olunarkən yaşadığı hisslər haqqında danışıb:

“Barcelona-ya transferim rəsmiləşəndə, atamı çağırdım və ağlamağa başladım. Bu, mənim üçün çox özəl bir an idi. Burda çox yaxşı qarşılandım. Futbolçular, məşqçilər heyəti, həkimlər mənə çox yaxşı davranırlar. Hazırda burda olduğum üçün çox xoşbəxtəm”.

28 yaşlı hücumçu, Atletico ilə oyunlarda azarkeşlərin sərt reaksiyasını gözlədiyini deyib:

“Mənə sərt reaksiya göstərəcəklərini bilirəm. Bu, futbolun bir parçasıdır. O azarkeşlər məni sevirdi və komandadan ayrılarkən, təəssüfləndilər. Amma klub və azarkeşlər hər zaman qəlbimdə olacaq”.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs