30/07/2019
19:26
14859
| A A A
“Barcelona son 5 ildə futbolçulara çox pul xərclədi, amma…” – Ronaldo

Juventus-un futbolçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqası ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, “qoca sinyora”nın növbəti mövsüm üçün turnirdəki şanslarını dəyərləndirən hücumçu, bunları deyib:

“Bu il Juventus-un ili ola bilərmi? Hər il Juventus-un, Barcelona-nın və ya Real-ın ili ola bilər, amma Çempionlar Liqasını sadəcə bir komanda qazanır. Məsələn, Barcelona son 5 ildə futbolçulara çox pul xərclədi, amma Çempionlar Liqasını qazana bilmədi. Pul belə məsələləri həll etmir.

Juventus çox inkişaf edib. Hər zaman olduğu kimi, yenə də bu turnirdə qalib gəlmək üçün mübarizə aparacağıq. Amma bu, bir çox amillərdən asılıdır, pley-off-dakı cütlüklərdən, qrupların tərkibindən, zədələrdən, şansdan və s. Ancaq hər zaman dediyim kimi, biz Çempionlar Liqası üçün həyəcanlanmırıq. Juventus bunu qazanacaq, bu il olmasa da, yaxın bir-iki ildə. Bu, bizim çalışmağımızdan, işə münasibətimizdən də aydın olur. Juventus Çempionlar Liqasını qazanmaq üçün hər şeyə sahibdir”.