01/08/2019
11:16
1845
| A A A
“Neftçi-ni keçə bilməməyimiz faciə olmayacaq” - Arsenal-ın baş məşqçisi

“Neftçi”ni keçə bilməməyimiz faciə olmayacaq. Həyat davam edir, futbolda hər şey baş verir. Kimsə güclü, kimsə isə zəifdir”.

Goal.az xəbər verir ki, bunları Rusiyanın “Arsenal” komandasının baş məşqçisi İqor Çerevçenko “Neftçi” ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.

45 yaşlı mütəxəssisin sözlərinə görə, Tulada baş tutan ilk matçda 0:1 hesabı ilə uduzmaqlarına rəqibin oyun ərzində pressinq tətbiq etməsi səbəb olub: “Əlbəttə, son iki oyunda, xüsusən də evdə uduzmağımız xoş deyil. Ancaq bunun öhdəsindən gəlməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq. İlk oyunda məğlub olmağımız “Neftçi”nin bizi yaxşı analiz etməsi ilə bağlı deyil. Biz də onları öyrənmişdi. Sadəcə olaraq, onlar uzun müddət, demək olar ki, oyun boyu pressinq tətbiq etdilər. Bu, əsas problemlərdən biri idi. Üstəlik, müdafiədə çox yaxşı oynadılar”.

Çerevçenko heyətlə bağlı problemlərinin olmadığını söyləyib: “Ciddi problemimiz yoxdur. Heyətdə hər kəs sağlamdır. Havanın tempraturu hər zaman oyunun tempinə təsir edir. Lakin istidən şikayət etməyi düşünmürük. Aydın məsələdir ki, rəqib bu cür hava şəraitinə öyrəşib. Ancaq bunda qorxulu heç nə görmürəm. Hər şey normal olacaq”.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.