03/08/2019
17:30
2262
| A A A
Şeydayev derbi oyunu haqda danışdı

Bu gün Rusiya Premyer Liqasıın 4-cü turunda millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Dinamo Moskva derbisində Spartak-ın qonağı olacaq.

Goal.az xəbər verir ki, oyun öncəsi yerli mətbuata açıqlama verən Şeydayev matçı səbirsizliklə gözlədiyini söyləyib.

O qeyd edib ki, son turda qazandıqları qələbə bütün həftə ərzində onlarla müsbət emosiyalar yaratdı. “Bu, Spartak-la derbidə bizə kömək etməlidi. Prinsipial oyuna hazırlaşırıq və qazanmaq istəyirik”.

Qeyd edək ki, Spartak – Dinamo matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.